image-1backend

Fransanın planı: Ermənistanı müstəmləkəyə çevirir, Qafqaz və Türküstan coğrafiyasında…

image-reklam_sirab_01

Fransanın Azərbaycana qarşı uğursuz həmlələri, regionda möhkəmlənmək cəhdlərinin iflasa uğraması bu ölkənin nüfuzuna ciddi zərbə olub. Ermənistanda revanşist meyillər hələ də güclüdür. Fransa isə münaqişələrdən öz maraqları naminə istifadə edərək, bu meyilləri qızışdırmağa çalışır. Ermənistana silah satmaqla, revanşist qüvvələrə təlim keçməklə, bəzi separatçıların içindəki intiqam hissinin közünü yenidən alovlandırır.

Bu barədə Publika.az-a ehtiyatda olan general Yücel Karauz deyib. Onun fikrincə, Fransa dünyadakı nüfuzunu, etibarını və gücünü itirib:

“Buna görə də özünə yeni güc sahələri və yeni müstəmləkələr axtarır. Fransanın Afrikadakı müstəmləkələri artıq yoxdur. Buna görə də, istismar ediləcək yeni yerlər axtarır. Bu kontekstdə Fransa Qafqaz və Türküstan coğrafiyasında mövcud olmağa çalışır. Məqsədi Ermənistanın xeyri, Azərbaycan-Ermənistan məsələsinin sülh yolu ilə həlli deyil. Məqsədi Ermənistanın özündən asılı qalmasıdır. Həm də Fransa Ermənistanı bir çox sahələrdə özündən asılı salmaq istəyir. Fransa illərdir dünyanı bu cür idarə etməyə öyrəşib. Sonra da bu idarəçilik siyasətini ölkələrə tətbiq edib”.

Politoloq əlavə edib ki, Fransa istədiyinə çata bilməyəcək:

“Çünki region ölkələri sülh, sabitlik, əmin-amanlıq istəyir. İlk növbədə də Ermənistan və Azərbaycan sülh istəyir. Bu mənada ikitərəfli görüş vacibdir. Bu kontekstdə təkbətək görüşlərin davam edəcəyini qiymətləndiririk. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sülh, əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf deməkdir. Buna qoşulmaq istəyənlər buyurub, gəlsin. Qoşulmaq istəməyən də Fransanın yaratdığı sinerjiyə qarşı mövqe tutmalıdır. Özünü necə adlandırırsa, adlandırsın. Hər biri boşdur. Heç bir hüquqi, mənəvi və siyasi ardıcıllığı yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki