image-misel-yakovleff-696x464backend

Fransız generaldan Rusiyanın dağılması ilə bağlı proqnoz: “SSRİ-nin dağılmasından qanlı olacaq”

image-reklam_sirab_01

NATO Rusiyanın dağılmasına hazırlaşmalıdır.

Bunu fransalı general, NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandan müavini Mişel Yakovleff (rus mühacirlərinin nəslindəndir) deyib.

Onun fikrincə, Ukrayna ordusu hazırda Avropanın ən yaxşı ordusudur, Rusiya ordusunda isə heç kimin gözləmədiyi böyük problemlər var. Yakovleff iddia edir ki, buna görə də, Rusiya ordusu yalnız müdafiə oluna bilər, hücum isə mümkün deyil.

Fransız generalın fikrincə, Rusiyanın dağılması qaçılmazdır və SSRİ-nin dağılmasından qat-qat qanlı olacaq: “Çünki indi ölkədə faktiki olaraq üç ordu var – Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti. Bu, 1973-cü ildə Livandakı vəziyyətə bənzəyir. Yaxın Şərq dövlətlərindən birində vətəndaş müharibəsinə, Livanın müsəlman və xristian icmaları arasında silahlı toqquşmalara işarə edir.

“Ukrayna ilə müharibə qəlyanaltıdır, sonra əsas menyu olacaq – Rusiyanın dağılması. Ukrayna müharibəsi bundan sonra görəcəyimiz tarixi hadisələrin qığılcımıdır”, – general hesab edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki