image-5cd6cf13-1f95-3370-82fe-abc16a3d9d5c_850backend

G7 Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaq imkanlarını araşdırır

image-reklam_sirab_01

G7 (“Böyük Yeddilik”) ölkələri Rusiyadan tədarük olunan neftin qiymətinin müəyyən edilməsi imkanını müzakirə edirlər. Bu cür müzakirələr Moskvanın gəlirlərini azaltmaq və Ukraynaya qarşı müharibəni maliyyələşdirmək məqsədi ilə aparılır.

Bu barədə Veteninfo ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın bəyanatına istinadən xəbər verir.

O qeyd edib ki, enerji məsələlərinə dair danışıqlar bir çox kanallar vasitəsilə aparılır.

“Bu kanallardan birini “Böyük Yeddilik” ölkələri liderlərinin etibarlı adamları olan şerpalar təmsil edir. Görək, həm enerji mövzusunda, həm də Rusiyanın neft gəlirlərinin azaldılmasının müxtəlif variantları üzrə ümumilikdə hansı uğura nail olacağıq”, – Sallivan deyib.

Bir gün əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen deyib ki, Birləşmiş Ştatlar Moskvanın onun satışından əldə etdiyi gəliri məhdudlaşdırmaq şərti ilə Rusiya neftinin dünya bazarına çıxarılmasının əleyhinə deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki