image-reklam-veteninfo
image-agca11backend

“Gənc qan donorları məktəbi” adlı layihə çərçivəsində Talassemiya mərkəzinə infotur

image-reklam-veteninfo

Bakı şəhəri, Talassemiya Mərkəzi
Layihə çərçivəsində gənclər Talassemiya Mərkəzinə infotur ediblər. Bu infoturun əsas məqsədi gəncləri qan donorluğu və talassemiya xəstəliyi haqqında daha dərindən məlumatlandırmaq idi. İştirakçılar mərkəzin fəaliyyətləri ilə tanış olub, qan köçürmə prosesinin necə həyata keçirildiyini, xəstələrin müalicə metodlarını və bu sahədəki mövcud ehtiyacları birbaşa müşahidə ediblər. Onlara talassemiya xəstəliyinin səbəbləri, simptomları və müalicəsi haqqında məlumat verilib, eyni zamanda bu xəstəliklə yaşayan uşaqların gündəlik həyatı haqqında ətraflı məlumatlar təqdim olunub. İnfotur zamanı gənclər, daima qana ehtiyac duyan xəstələrin həyat keyfiyyətinin qan donoru olmaqla necə yaxşılaşdırıla biləcəyini daha yaxşı anladılar. Onlar həmçinin xəstələrin müalicəsində donorların rolu və önəmi barədə məlumatlandırıldılar. Bu təcrübə gənclərdə sosial məsuliyyət hissini gücləndirərək, qan donorluğunun həyati əhəmiyyətini dərindən dərk etmələrinə səbəb oldu. Turun sonunda gənclər, qan vermənin nə qədər mühüm və humanist bir addım olduğunu vurğulayaraq, gələcəkdə bu təşəbbüsləri davam etdirməyə qərar verdilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki