image-992841f9-e6be-49cf-8b91-e5b2f98e63ad_850backend

“Grammy” mükafatının təqdim ediləcəyi tarix məlum olub

image-reklam_sirab_01

Musiqi dünyasının ən nüfuzlu mükafatlarından sayılan “Grammy”nin 65-cı təqdimetmə mərasimi 5 fevral 2023-cü ildə Los-Ancelesdə baş tutacaq.

“Report” xəbər verir ki, bu barədə Milli Elmi Səsyazma və İncəsənət Aakademiyasının saytında məlumat yerləşdirilib.

Nüfuzlu mükafata namizədlər bu ilin noyabrın 15-də açıqlanacaq. Səsvermə 2023-cü il yanvarın 4-dək davam edəcək. 91 nominasiya üzrə qaliblərin elan ediləcəyi təntənəli mərasim gələn il 65-ci dəfə “Crypto.com” arenada keçiriləcək.

1 oktyabr 2021-ci il və 30 sentyabr 2022-ci il tarixləri arasında yayımlanan musiqi əsərləri mükafata namizəd ola bilərlər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki