image-gurcustan-aksiya1-696x391backend

Gürcü xalqı qalib gəldi: Parlament “Xarici agentlər haqqında” qanun layihəsini geri götürüb

image-reklam_sirab_01

Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası “xarici agentlər” haqqında etiraz doğuran və toqquşmalara səbəb olan qalmaqallı qanun layihəsini ölkə parlamentindən geri götürmək qərarına gəlib.

Bu barədə hakim partiyanın və qanun layihəsinin təşəbbüskarının – “Xalqın Gücü” ictimai hərəkatının birgə bəyanatında deyilir.

Bildirilib ki, bu, ölkədə sülh və əmin-amanlığı qorumaq üçündür:

“Vətəndaşlarımızın enerjisini qarşıdurmaya deyil, sülhə, ölkəni düzgün istiqamətdə inkişaf etdirməyə sərf etməliyik”.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki