image-1backend

Hacı Ali Açıkgül: MDİHK nümayəndə heyəti Qarabağdakı dağıntıların miqyasından sarsılıb

image-reklam_sirab_01

Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (MDİHK) Qarabağda infrastruktura dəyən bərpa olunmaz ziyanın miqyasından sarsılıb.

Vətəninfo.az  xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (MDİHK) sədr müavini Hacı Ali Açıkgül Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“2021-ci ilin sentyabrında biz Qarabağa mövcud vəziyyətlə tanış olmaq, 2023-cü ildə isə regionda insan hüquqları və humanitar yardımla bağlı vəziyyətin qiymətləndirilməsi üçün təkrar səfər etdik. MDİHK nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə infrastruktura dəyən bərpası mümkün olmayan zərərin miqyasından sarsılıb. Ermənistanın işğalçı qüvvələri tərəfindən sosial və biznes obyektlərinin kütləvi şəkildə dağıdılması insan hüquqlarının ciddi şəkildə pozulmasıdır”, – o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki