image-1backend

Həddini aşan Makrona Bakıdan şillə kimi cavab: “Neokolonializmə qarşı mübarizəyə hazır ol”

image-reklam_sirab_01

“Avropa İttifaqı və Avropa Şurası qoca qitədə konkret ölkələrin ağzına baxan, bəlli mərkəzlərdən idarə olunan təşkilatlara çevrilib. Həmin mərkəzlərdən biri də rəsmi Parisdir. Fransa artıq bütün sərhədləri aşır”.

Bunu Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Həftə” analitik-informasiya proqramın müəllifi və aparıcısı Rövşən Məmmədov bildirib

O qeyd edib ki, Azərbaycanın beynəlxalq təşəbbüslərinə əvvəllər ancaq Ermənistan etiraz bildirirdisə, bu gün haylarla birləşən Fransa COP29-un Bakıda keçirilməsinə qarşı çıxır və Avropa İttifaqını Azərbaycanla imzaladığı enerji üzrə Anlaşma Memorandumunu pozmağa təhrik edir: “Qərbin xahişi və təklifi ilə Azərbaycan yaxın gələcəkdə ixrac çoğrafiyasını Avropa istiqamətində genişləndirməyi düşünür”.

R.Məmmədov bildirib ki, rəsmi Bakının müxtəlif platformalarda, ilk növbədə isə Qoşulmama Hərəkatı çərçivəsində Fransanın müstəmləkəçilik siyasətinə vurduğu diplomatik zərbələrə görə, rəsmi Paris Azərbaycandan qisas almağa çalışır: “Olsun! Ancaq digər ölkələri də bu çirkin oyunlara qoşmaq, yumşaq desək, tərbiyəsizlikdir, Makron. Tərbiyəsizliyin cavabı isə mütləq olmalıdır. Azərbaycanın neokolonializmə qarşı mübarizəsinin yeni dalğasına hazır ol”.

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki