image-timthumbbackend

HƏMAS Təl-Əvivdə terror törətdi: Yaralananlar var

image-reklam_sirab_01

İsrail polisi cümə axşamı gecə Tel-Əvivdə baş verən silahlı hücumu terror hücumu kimi qiymətləndirib.

“Şübhəli şəxs üç mülki vətəndaşı yaralayıb. Terrorçu polis tərəfindən zərərsizləşdirilib”, – deyə İsrail hüquq-mühafizə orqanlarının mətbuat xidməti bildirib.

Mətbuat xidmətindən əlavə ediblər ki, zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə baş verən hadisəni terror aktı adlandırıb.

Atəş açan 23 yaşlı fələstinli Mutaz Salah əl-Xəvaca olub. Ynet xəbər verir ki, onun HƏMAS hərəkatı ilə əlaqələri olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki