image-4dd0e571-b802-3509-93b3-b5d4d278384b_850backend

Hindistanda daşqın qurbanlarının sayı 151 nəfərə çatıb

image-reklam_sirab_01

Hindistanın şimal-şərqindəki Assam ştatında daşqın və torpaq sürüşməsi qurbanlarının sayı son gün ərzində 12 nəfər artaraq, 151 nəfərə çatıb.

Bu barədə “Times of India” qəzeti bildirib.

Aprel ayından davam edən leysan yağışlar çayların səviyyəsinin yenidən kəskin artmasına səbəb olduğu Assamda vəziyyət çərşənbə günü yenidən pisləşib. Yerli hakimiyyətin məlumatına görə, daşqın zonasında yaşayanların sayı 2,2 milyondan 3,1 milyon nəfərə yüksəlib. Təhlükəli ərazilərdən təxliyə edilənlər üçün təbii fəlakət zonasında yeni müvəqqəti düşərgələr yaradılır, orada yerləşdirilən insanların sayı hazırda 300 mini ötüb. Vəziyyət xüsusilə Silçar şəhərinin tamamilə su altında qaldığı Naqaon rayonunda gərgindir.

Assamın hökumət orqanlarının məlumatına görə, ştatda 2 254 kənd təbii fəlakətdən zərər çəkib, 200 minə yaxın sakin təhlükəli ərazilərdən təxliyə edilib və 538 müvəqqəti düşərgəyə yerləşdirilib. Sel azı 218 yola və 20 körpüyə ziyan vurub.

Daşqınlara güclü musson yağışları səbəb olub, bunun nəticəsində Brahmaputra çayı qolları ilə birlikdə sahillini basıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki