image-d0df1fee-5c3b-49cf-8d01-ed063a46a3e1_850backend

Hindistanda güclü leysandan azı 18 nəfər ölüb

image-reklam_sirab_01

Hindistanın müxtəlif ştatlarında ölkənin cənub-qərbində yağan güclü leysan nəticəsində azı 18 nəfər ölüb.

Bu barədə yerli India TV kanalı məlumat yayıb.

Şiddətli yağıntı Telanqana, Qucarat, Maharaştra və Madhya-Pradeş ştatlarında həyatı alt-üst edib. Daşqınlar Karnataka ştatında da qeydə alınıb. Güclü leysan səbəbindən bir çox ərazinin hələ də su altında qaldığı və torpaq sürüşmələrinin davam etdiyi şərqi Assamda vəziyyət çətin olaraq qalır.

Hindistan paytaxtının bir sıra rayonlarında da daşqınlar qeydə alınıb. Ötən gün musson yağışları Yeni Dehli yollarında nəqliyyatın hərəkətini iflic edib.

Meteoroloqlar ən azı yaxın sutka üçün daha çox leysan yağacağını proqnozlaşdırırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki