image-12backend

Hindistanla Rusiya 600 mindən çox avtomatı birgə istehsal edəcək

image-reklam_sirab_01

Rusiya və Hindistanın müdafiə nazirləri Sergey Şoyqu və Rajnas Sinqhin Dehlidə keçirilən görüşü çərçivəsində ölkələr arasında 600 mindən çox AK-203 avtomatının birgə istehsalına dair müqavilə imzalanıb.

Bu barədə Vətəninfo.az  Rusiyanın “Kalaşnikov” konserninə istinadən xəbər verir.

Qeyd olunub ki, silahlar Hindistanın Korva şəhərindəki zavodda istehsal olunacaq. Sövdələşmənin məbləği açıqlanmayıb, lakin “Hindustan Times”a görə, müqavilənin dəyəri 677 milyon ABŞ dollarından çox ola bilər.

Rusiya Federasiyasının Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSMTC) rəhbəri Dmitri Şuqayev bildirib ki, ölkələr “BrahMos” birgə müəssisəsinin məhsullarını üçüncü ölkələrə ixrac etməyi planlaşdırır. Onun sözlərinə görə, hazırda Hindistana hərbi texnika və silahların tədarükü üçün sifarişlər portfeli 14 milyard ABŞ dollarını ötür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki