image-reklam-veteninfo
image-zzz2backend

HİV üzrə konfidensial ağız suyundan ekspress test müayinəsi keçirilib

image-reklam-veteninfo

“AİDS-lə Mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə Nəsimi rayonunda inyeksion narkotik istifadəçiləri arasında HİV infeksiyasının erkən aşkarlanmasına və maarifləndirməyə yönəlmiş konfidensial test müayinəsi həyata keçirilib.

Tədbir çərçivəsində iştirakçılara ağız suyundan götürülən nümunə əsasında ekspress HİV testinin aparılması təklif olunub. Müayinələr tam konfidensiallıq prinsipi əsasında həyata keçirilib və iştirakçılara testin məqsədi, nəticələrin məxfiliyi, HİV-dən qorunma yolları və erkən testləşmənin əhəmiyyəti barədə məlumat verilib.

Layihənin əsas məqsədi inyeksion narkotik istifadəçiləri arasında HİV infeksiyasının vaxtında aşkarlanmasına dəstək olmaq, risklər barədə məlumatlılığı artırmaq, profilaktik tədbirlərin əhəmiyyətini izah etmək və insanların tibbi xidmətlərə müraciət etməsini təşviq etməkdir.

İnyeksion narkotik istifadəsi zamanı steril olmayan iynə və digər inyeksiya avadanlıqlarının paylaşılması HİV-in ötürülməsi baxımından mühüm risk faktorlarından biridir. Bu səbəbdən risk qrupları arasında mütəmadi testləşmə və maarifləndirmə tədbirlərinin aparılması xüsusi əhəmiyyət daşıyır.

“AİDS-lə Mübarizə” İctimai Birliyi tərəfindən həyata keçirilən bu kimi tədbirlər HİV-in profilaktikası, erkən aşkarlanması və risk qruplarının sağlamlıq xidmətlərinə çıxışının yaxşılaşdırılmasına yönəlib.

Təşkilat gələcəkdə də HİV və digər infeksiyaların profilaktikası, sağlam həyat tərzinin təşviqi, maarifləndirmə və risk qrupları ilə iş istiqamətində tədbirlərin davam etdirilməsini nəzərdə tutur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki