image-8224dcc3-c292-30a6-8da5-c952a5fe7f5b_850-1backend

Hulusi Akar Ukraynanın infrastruktur naziri ilə taxıl daşınmasını müzakirə edib

image-reklam_sirab_01

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə telefonla danışıb.

Söhbət zamanı ikitərəfli əlaqələr və taxıl daşınması məsələləri müzakirə edilib.

Hulusi Akar bu həftə taxıl daşımalarına başlanılacağını qeyd edib. Onun sözlərinə görə, ilk ixrac gəmisinin mümkün qədər tez yola düşməsi vacibdir.

“Türkiyə öz üzərinə düşəni etdi və etməyə də davam edəcək”, – Akar vurğulayıb.

Nazir Birgə Koordinasiya Mərkəzində işlərin intensiv şəkildə davam edəcəyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki