image-640ab43f7f97abackend

İbrahim Kalın: ‘İsveç, Finlandiya təhlükəsizlik problemlərini həll etməlidir”

image-reklam_sirab_01

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Finlandiya və İsveçin NATO-ya üzv olması üçün təhlükəsizlik problemlərinin aradan qaldırılması barədə addımların atılmasının vacibliyini bildirib. Vətəninfo.az xəbər verir ki, İbrahim Kalın bunu  Belçikanın paytaxtı Brüsseldə  verdiyi açıqlamada bildirib.

İ.Kalın Türkiyə-İsveç-Finlandiya Daimi Ortaq Mexanizm Görüşünün ümumilikdə müsbət atmosferdə keçdiyini bildirib.

İsveç və Finlandiyanın NATO prosesi ilə bağlı “təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması üçün addımlar atılmasının vacibliyini dilə gətirən İ.Kalın deyib:

“İsveç və Finlandiyanın NATO prosesinin birlikdəmi və yaxud ayrı-ayrılıqdamı işləyəcəyi ilə bağlı sürət, əhatə dairəsi və ümumi çərçivə bu ölkələrin atacağı addımlardan asılıdır. Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyenin yaratdığı gecikmə və diqqəti yayındırması kimi problem yoxdur”.

NATO-nun açıqlamasında isə, “Türkiye, Finlandiya və İsveç Daimi Birgə Mexanizmin uzunmüddətli dəyəri barədə razılığa gəliblər, bu formatda əməkdaşlığı davam etdirmək və Vilnüs Sammitinə qədər yenidən görüşmək barədə razılıq əldə olunub” deyilib.

Finlandiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada isə bildirilib ki, ölkələr növbəti Daimi Birgə Mexanizm iclasının yazda keçiriləcəyi və Finlandiya ilə İsveçin NATO-ya üzvlük prosesi başa çatdıqdan sonra bu əməkdaşlığın davam edəcəyi barədə razılığa gəliblər.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada müharibəyə başladıqdan sonra İsveç və Finlandiya uzun müddət davam edən neytrallıq siyasətlərini bir kənara qoyub NATO-ya üzv olmaq üçün müraciət etdilər.

Türkiyə iyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitində üzvlük üçün müraciət edən Finlandiya və İsveçə veto qoyur. Terror təşkilatlarına açıq dəstək verən iki ölkə ilə protokol imzalayan rəsmi Ankara verilən vədlərin yerinə yetirilməsini gözləyir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki