image-1jpgbackend

İbtidai sinif müəllimlərinin 6238 nəfəri 51 və daha yüksək bal toplayıb – Nazir

image-reklam_sirab_01

Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edən ibtidai sinif müəllimlərinin 20 faizi, yəni 6238 nəfər 51 bal və daha yüksək nəticə göstərib.

Vətəninfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, həmin müəllimlərin vəzifə maaşına 35 faiz əlavə tətbiq olunur:

“Prosesdə, ümumilikdə 31 852 ibtidai sinif müəllimi iştirak edib. Onların 86 faizi, 21 141 nəfəri qənaətbəxş nəticə göstərib, yəni tələb olunan minimum 30 balı toplayıb. Həmin müəllimlərin əməkhaqqına 10 faiz məbləğində əlavə tətbiq edilir. Hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir. 443 müəllim isə hələ prosesdə iştirak etməyib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki