“Bizdə toylar da, tədbirlər də olur. İcra başçısının oğlunun burada toyunun təşkil olunması ilə bağlı biz heç nə deyə bilmərik”.
Bu barədə Vətəninfo.az-a Gülüstan sarayından bildirilib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun Gülüstan sarayında oğluna 500 min manatlıq toy etməsini adıçəkilən məkan nə təsdiq, nə də təkzib edib:
“Bəli, Gülüstan sarayı Prezidentin İşlər İdarəsinin balansında olsa da, burada toylar, tədbirlər təşkil edilir”.