image-88backend

İğdır bələdiyyəsindən  Heydər Əliyev adına sayğısızlıq: Heydər Əliyev  parkı baxımsızlıqdan bu vəziyyətə düşüb -VİDEO

image-reklam_sirab_01

Türkiyədə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan istirahət məkanları gözdən də, könüldən də uzaq düşüb.

Vətəninfo.az xəbər verir ki, Türkiyənin İğdır şəhərində inşa edilmiş Heydər Əliyev parkının abadlaşdırılması nə yerli bələdiyyəni, nə Ulu Öndərin sayəsində Bakıda, Naxçıvanda və eləcə də İğdırın özündə milyonlar qazanan iş adamlarını, nə də Azərbaycanın Qarsdakı baş konsulluğunu maraqlandırmır.

Şəkillərdən gördüyünüz bu xoşagəlməz mənzərələr İğdırdakı Heydər Əliyev parkının indiki görkəmini əks etdirir. Çox təəssüf ki, Türkiyədə Heydər Əliyevin adına açılmış ilk parklardan olan bu məkan hazırda olduqca baxımsız haldadır.

Videodan da göründüyü kimi parkda quraşdırılmış oturacaqlar sıradan çıxıb, hovuz yararsız vəziyyətə düşüb, mərmər və digər materiallardan vurulmüş üzlüklər sökülüb-dağılıb və sair.

Park ərazisində yabanı bitkilərin çoxalması əraziyə uzun müddət qulluq göstərilmədiyini əyani surətdə təsdiqləyir. Lakin bu vəziyyət parkdakı çayxana və digər obyektlərə öz fəaliyyətini davam etdirməyə mane olmur.

İğdırda Azərbaycanla geniş əlaqələrə malik çox sayda imkanlı iş adamı fəaliyyət göstərir. Belə olan halda parkdakı oturacaqları təmir etdirmək, ümumiyyətlə, həmin məkanı Heydər Əliyevin adınalayiq şəkildə abadlaşdırmaq müşkül olmamalıdır.

Çox təəccüblüdür ki, Azərbaycanın Qarsdakı Baş Konsulluğu da Ümummilli liderin adına olan istirahət məkanlarının mövcud durumu ilə maraqlanaraq, bu istiqamətdə heç bir addım atmır.

Əks halda, bu replikanı yazmağa ehtiyac qalmazdı…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki