image-367098_srcbackend

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzulidə qarşıladı

image-reklam_sirab_01

CNN Türk telekanalının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərdə müşaiyət edən müxbirləri onun Füzuli rayonunda prezident İlham Əliyev tərəfindən qarşılanmasına dair fotoları yayıb. Həmin fotoları təqdim edirik:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün gecə saatlarında gəldiyi Bakıda bir sıra təmaslardan sonra xanımı Əminə Ərdoğanla və rəsmi nümayəndə heyəti ilə birlikdə Şuşaya yola düşüb. Türkiyə KİV-ləri Ərdoğanı müşaiyət edən heyətdə müdafiə naziri Hulusi Akarın, prezident administrasiyasının kommunikasiyalar departamentinin rəhbəri Fahrettin Altunun, prezidentin sözçüsü İbrahim Kalının, AKP sözçüsü Ömər Çelikin və digər şəxslərin yer aldığını bildirir.

Ərdoğan və onu müşaiyət edənlər avtomobil korteji ilə Şuşaya yola düşüb. Azərbaycan KİV-ləri xəbər verir ki, Prezident İlham Əliyev Ərdoğanı və onu müşaiyət edənləri Füzuli rayonunda qarşılayıb. Prezidentlərin oradan Şuşaya birlikdə yola düşdüyü bildirilir. Protokola əsasən Ərdoğanın rəsmi qarşılanma mərasimi Şuşanın mərkəzində olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki