image-14backend

İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı artıb

image-reklam_sirab_01

Dekabrın 4-də İndoneziyanın Yava adasındakı Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 27-yə çatıb, 20-dən çox insan isə hələ də itkin hesab olunur.

Vətəninfo.az  “TASS”a istinadən xəbər verir ki, bunu xilasedicilər qrupunun nümayəndəsi Vayan Suyatnuya bildirib.

Onun sözlərinə görə, bu gün səhər daha beş nəfərin cəsədi aşkar edilib.

Yava adasının ən hündür zirvəsi (3676 m) və ölkənin 130 ən aktiv vulkanından olan Semeru vulkanın püskürməsi zamanı daha əvvəl 22 nəfərin itkin düşdüyü, 160-dən çox insanın xəsarət aldığı bildirilirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki