image-685f14c1-a03e-3e30-b9ec-19305add4d62_850backend

İngiltərədə yüzlərlə ukraynalı qaçqın evsiz qalıb

image-reklam_sirab_01

İngiltərədə Ukraynadan olan 600-dən çox ailə ya evsiz elan edilib, ya da evsiz qalmaq təhlükəsi ilə üzləşib.

“Report”un məlumatına görə, bu barədə “Sky News” xəbər verir.

Hökumətin məlumatına görə, ümumilikdə 660 ukraynalı ailə bu vəziyyətlə üzləşib. Onlardan 480-nin uşaqları var.

Qeyd edilir ki, yerli hakimiyyət orqanlarının dörddə birindən çoxu məlumat təqdim etmədiyi üçün rəqəmlər həqiqi miqyası əks etdirmir.

Ukraynalı ailələr evlərin əlçatmazlığı və ya onların yaşayışı ilə bağlı razılığa gəlmək mümkün olmadığı üçün qaçqın olublar.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki