image-img-20220507-wa0025backend

İnkişaf etməkdə olan Zəngilan

image-reklam_sirab_01

İnkişaf etməkdə olan Zəngilan

Qarabağ işğaldan azad edildikdən sonra biz erməni vandalizminin bir daha şahidi olduq. Bizim dədə-baba torpaqlarımız, doğma yurdumuz düşmən tərəfindən vəhşicəsinə dağıdılmışdı. Onlar bizim tarixi abidələrimizi ya dağıtmış, ya da özününki kimi təqdim etməyə çalışmışdırlar. Əlbəttə ki, bu bizim üçün ağır idi. Xalqımız 30 il əvvəl geridə qoyub gəlməli olduğu evini dağıntılara çevrilmiş halda 30 il sonra yenidən gördü. Bütün bunlar qarşı tərəfin amansızlığının, vandalizminin ən bariz göstəricisidir.

30 il sonra qarşılaşdığımız mənzərə bütün dünyaya çatdırıldı. Həm ölkə başçısı İlham Əliyev və ailəsi, həm də yerli və xarici qonaqlar bu vandalizmlə yaxından tanış oldular. İlham Əliyev bizim Qarabağı dirçəldəcəyimizi, onu yenidən abadlaşdıracağımızı bildirdi.

Dağıntılara məruz qalan doğma, tarixi torpaqlarımızdan biri də Zəngəzur rayonudur. Biz Zəngilanda erməni vəhşiliyinin bir daha şahidi olduq. Zəngilanda demək olar ki, yaşamaq üçün heç bir şərait yox idi. Salamat qalan binalarda isə erməni hərbiçiləri qalırdılar.

Zəngilan işğaldan azad edildikdən sonra ilk öncə onun minadan təmizlənməsinə başlanıldı, bundan sonra isə Zəngilanda quruculuq və abadlıq işlərinin icrası həyata keçirildi. Bildiyimiz kimi Zəngilana dəyən ziyan az deyil və bunun aradan qaldırılması üçün isə böyük vəsait tələb olunur. Zəngilan rayonunun yenidən bərpa olunması, Zəngilan əhalisinin yenidən öz doğma yurdlarına qayıtmaları üçün ölkə başçısı cənab İlham Əliyev vəsait ayırmışdır. Zəngilan rayonun əhalisinin yaxın gələcəkdə doğma torpaqlarına qayıdacaqları nəzərdə tutulur, bu isə öz növbəsində bəzi təxirəsalınmaz işlərin həyata keçirilməsinin zəruriliyi deməkdir. Bunlara bölgənin təhlükəsizliyi, yaşayış üçün rahatlığı, müasir tələblərə cavab verən inkişaf səviyyəsi və s. Aiddir ki, Zəngilanda artıq bu yolda addımlar atılmaqdadır. Bu işlərin həyata keçirilməsi üçün ölkə başçısı hər il üçün 2, 2 milyard manat ayrılmasını bildirmişdir, 2 il ərzində Zəngilan rayonunda görülən işlər üçün 4,4 milyard manat xərclənmişdir.

Zəngilan rayonu kənd təsərrüfatı üçün əlverişlidir. Rayonda salınan Ağalı kəndində sakinlərin bu sahəylə məşğul olacağı güman edilir, həmçinin rayonda əhalinin məşğulluğu üçün də bəzi addımlar atılır. Zəngilan rayonu bir çox cəhətdən əlverişlidir, buna heyvandarlıq sahəsini misal göstərə bilərik. Rayonun iqlim şəraitinin heyvandarlıq sahəsinə uyğun olması sakinlər üçün çox böyük şansdır.

Zəngilan rayonu ölkənin iqtisadi inkişafınd da böyük rol oynayacaq. Belə ki, Zəngilan rayonunun ərazisindən keçən nəqliyyat yolları beynəlxalq yükdaşımada və Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşdirilməsində böyük rol oynayacaq.

Ermənistanın Qarabağla bağlı bir xəyalı da Zəngilandan keçən Cəbrayıl yolu idi. Ordumuzun igidliyi və Cənab Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində onların bu planları da baş tutmadı.

Bu gün Qarabağda quruculuq işləri davam edir. Bu bizim qayıtmağımızın, Qarabağa qovuşmağımızın sübutudur. Biz Qarabağı-doğma torpaqlarımızı daha da abad görəcəyik. Ermənistan 30 il əvvəl və bu 30 il ərzində törətdiyi faciələrin hesabını hər kəsə, bütün dünyaya verməlidir və verəcək.

Biz qələbəni igidlərimizin cəsarətiylə, qanıyla aldıq. Torpağımızın hər qarışı müqəddəsdir, doğmadır, əzizdir. Bu gün Azərbaycan bütövdür. Biz bu müstəqilliyi, azadlığı əbədi edəcək və gələcək nəsillərə də ötürəcəyik. Çünki vətən pay edilməyəcək qədər müqəddəsdir…

Elnarə Məmmədova

Nəsimi rayon təhsil işçisi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image