image-reklam-veteninfo
image-1backend

Ağdərədə betonqarışdıran maşın dərəyə aşıb

image-reklam-veteninfo
Ağdərədə betonqarışdıran maşın dərəyə aşıb, sürücü ölüb.

Hadisə rayonun Çıldıran kəndi ərazisində baş verib.

Bərdə rayonunun Yenidaşkənd kənd sakini, 1968-ci il təvəllüdlü Hafiz Qocamanovun idarə etdiyi “HOWO” markalı betonqarışdıran avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki