Bu gün Milli Məclisin deputatı Ülvi Quliyev və Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhid hərbçisi Şahin Ağayevi şəhadətinin ildönümündə yad edib. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.