image-img_2487backend

“İnklüziv gənclərin əl işlərinə dəstək” adlı festival təşkil olunub

image-reklam_sirab_01

Məlumat üçün bildiririk ki, 25 may 2024-cü il tarixdə Sahil Bağında “Peşəkar Qənnadçılar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnklüziv gənclərin əl işlərinə dəstək” adlı festival təşkil edib. Bu layihə gəncləri əl işləri ilə tanış etmək, yaradıcılıqlarını inkişaf etdirmək, onları peşə əldə etməyə həvəsləndirmək və öz icmalarına töhfələrini dəstəkləmək məqsədi daşıyır. Eyni zamanda, inklüziv gəncləri layihədə iştiraka həvəsləndirərək sosial iştirakçılığı artırılacaq.

Festivalın rəsmi açılışını giriş sözü ilə “Peşəkar Qənnadçılar” İctimai Birliyinin sədri Eynur Nağdalıyev açaraq inklüziv uşaqlara dəstək məqsədilə keçirlən layihənin əhəmiyyəti və bu istiqamətdə gördükləri işlər barəsində məlumat verib.

Daha sonra Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elnarə Əliyeva çıxış edərək dövlətin inklüziv uşaqlarla qayğısından və bu istiqamətdə görülən işlərin önəmini vurğulayıb.

Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək gənclərin hərtərfli inkişafına yönəlmiş dövlət gənclər siyasəti barədə məlumat verib.

Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı direktoru, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova çıxış edərək vətəndaş cəmiyyəti inistitutlarının inklüziv gənclərə dəstək göstərilməsini yüksək qiymətləndirərək mütəmadi olaraq tədbirlərin təşkil olunacağını qeyd edib.

Festival inklüziv müğənnilərin mahnı ifaları ilə davam edib. Həmçinin festivalda 30 inklüziv mərkəz iştirak edib və onların hazırladıqları əl işləri sərgilənib. Gün sonunadək davam edən festival şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Festivalın sonunda bütün dəstəkçilərə və könüllülərə sertifikatlar təqdim olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki