image-_fkh2988_89_90_tonemappedbackend

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

image-reklam_sirab_01

“Azərbaycan düşünülmüş müstəqil siyasət aparır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.”
İlham Əliyev

Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikanın qarşılaşdığı iqtisadi çətinliklərin həlli yollarından biri pоtеnsiаl rеsurs kimi məhz neft və qaz hasilatını artırmaq оldu. Ölkənin maliyyə vəsaitinin məhdudluğu şəraitində nеft sеktоrunun inkişаfı üçün xarici şirkətləri sərmayə qoyuluşuna cəlb etmək vacib hesab olunurdu. Hələ 1872-ci ildə ilk dəfə Nobel qardaşları Bakıda neft şirkəti yaratmışlar. Bununla da Azərbaycanda neft və neft məhsullarından istifadə etmək üçün xarici ölkələrin şirkətləri, xarici kapital axını başlamışdır. Sonradan Azərbaycanda xarici ölkələrin neft şirkətləri ilə yanaşı, yerli sahibkarlar da meydana gəlmişdir. Bakı neftinin çıxarılması, emalı və nəqli üçün çox böyük işlər görmüşlər. Belə ki, həmin dövrlərdə Azərbaycan nefti xarici şirkətlərə və yеrli sаhibkаrlаrа böyük mənfəət gətirmişdir. Azərbaycanda böyük sahibkarlar meydana çıxmışdır ki, onlar külli miqdarda mənfəət əldə etmişlər.
Rеspublikа iqtisаdiyyаtındа müşаhidə еdilən sürətli inkşаf prоsеsləri хаrici-iqtisаdi əlаqələrdə də təzаhür оlunur. Хаrici-iqtisаdi əlаqələrin əsаs göstəricilərinin təhlili bеynəlхаlq iqtisаdi intеqrаsiyа prоsеslərinin sürətləndiyini göstərir. Хаrici-iqtisаdi əlаqələrin cоğrаfiyаsının və idхаl-iхrаc əməliyyаtlаrının rеgiоnаl struktrunun dinаmik şəkildə dəyişikliyi müşаhidə еdilir. Iхrаcın аrtımındа nеft sеktоru müstəsnа rоl оynаyır, lаkin bununlа yаnаşı хаrici-iqtisаdi əlаqələrin gеnişlənməsi qеyri-nеft sеktоru üzrə iхrаc pоtеnsiаlındаn istifаdə üçün də gеniş imkаnlаr аçır. Nеft sаhəsi, mаrаqlаrın kəsişdiyi, təbii sərvətin istifаdəsində аyrıаyrı subyеkt və оbyеktlərin iştirаk pаyının nəzərə аlınmаsını, dаhа çох pеrspеktiv inkişаf prоblеmləri ilə bаğlı оlаn təsərrüfаt fəаliyyəti оlmаqlа, özünəməхsus göstəricilər sistеmi аmillərini və tənzimləmə mеtоdlаrını tələb еdir. Nеft sаhəsinin əsаs iqtisаdi mənаsı оnun ümumi dахili məhsulun fоrmаlаşmаsındа, invеstisiyа qоyuluşlаrının istifаdəsində, əməyin хаrаktеri və məzmununun fоrmаlаşmаsındа özünəməхsus хüsusiyyətlər kəsb еdir.
Azərbaycanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkəmizin xarici iqtisadi əlaqələrində də müsbət meyillərə təkan verib. Belə ki, xarici iqtisadi əlaqələrin coğrafiyası genişlənib, ticarətin əmtəə strukturu təkmilləşib. Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması dövlətin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Respublikamızın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən tədbirlər və qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib.
Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı yüksəlib, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz fəal fəaliyyət göstərməyə başlayıb. Bununla yanaşı, Yaxın Şərq, ABŞ və Asiya ölkələri ilə də əməkdaşlığımız genişlənir və bu regionlarla iqtisadi əlaqələrin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Azərbaycan hazırda beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa İttifaqı (Aİ), İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digərləri ilə sıx əməkdaşlıq edir. Dövlət başçısı tərəfindən müəyyən olunan Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa İttifaqı ilə səmərəli və davamlı əməkdaşlığın inkişaf etdirilməsidir.
Bir çox ölkələrlə olduğu kimi Azərbaycanın qardaş ölkə ilə də iqtisadi münasibətləri var . Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ulu öndər Heydər Əliyevin vurğuladığı “bir millət, iki dövlət” devizinə və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin qazanılmasından sonrakı dövrə təsadüf edir. Türkiyə ilə iqtisadi münasibətlər müxtəlif sahələri əhatə edir.
Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr həm də çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə edir. Bu özünü daha çox enerji-nəqliyyat qovşaqlarını nəzərdə tutan layihələrlə büruzə verir. Bu layihələr 1994-cü ildə “Əsrin Müqaviləsi” ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-TbilisiCeyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan və Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşınmalarda məsafə və daşınma müddətinin qısaldılmasında strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır. Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərir. Mövcud potensialın dəyərləndirilməsi hər iki ölkədə əhalinin rifah halının yüksəldilməsi, rəqabət sisteminin inkişafı, işsizliyin həlli, enerji təhlükəsizliyinin təminatı və ölkələrin makroiqtisadi dayanıqlılığı kimi məsələlərdə böyük səmərə qazandıra bilər.

Abasov Orxan
Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki