Dünən İran Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazərlu Şərqi Azərbaycana məxsus “Ata” aviaşirkətinin təyyarə bələdçisinin “xoş gəldiniz” anonsunun türk dilində səsləndirməsində heç bir xüsusi niyyət olmadığını deyib.
“Bundan sonra hər hansı anlaşılmamazlığın qarşısını almaq üçün İran Hava Yolları Şirkətlərinə məxsus sərnişin təyyarələrində fars və ingilis dillərindən başqa heç bir dildə sərnişinlərə “xoş gəlmisizniz” deyilməməli, qeyd olunan iki dildən başqa hər hansı bir dildə qonaqlar qarşılanmamalıdır”, – deyə, Cəfər Yazərlu vurğulayıb.
Onun sözlərinə görə, təyyarə bələdçisinin bu ifadəsinin sosial şəbəkələrdə paylaşılması bir sıra tənqidlərlə qarşılanıb.
Qeyd edək ki, “Ata” aviaşirkətinin sahibi güneyli Məhəmmədrza Zunuzi bununla bağlı paylaşım edərək, şirkətdə separatçılığın başlamasını iddia edənlərə tutarlı cavab verib.