image-reklam-veteninfo
image-1backend

Bayer Leverkuzen Bundesliqa tarixində transfer rekordunu qırıb

image-reklam-veteninfo

Almaniyanın “Bayer Leverkuzen” klubu bir transfer pəncərəsində Bundesliqa tarixinin ən çox xərcləyən komandası olub.

Vətəninfo.az xəbər verir ki, bu barədə statistik məlumatları “Opta” yayıb. Bildirilib ki, 2024-cü ilin yay transfer pəncərəsi ərzində Leverkuzen təmsilçisi ümumilikdə 198 milyon avro sərf edib və bununla da Bundesliqada yeni rekord müəyyənləşdirib.

Komandanın bu yay etdiyi ən bahalı transferlər sırasında aşağıdakı futbolçular yer alır:

Malik Tillman – 35 milyon avro

Jarel Kuansa – 35 milyon avro

Elies Ben-Segir – 32 milyon avro

İqnasio Fernandes – 25 milyon avro

Loik Badendir – 25 milyon avro

Qeyd edək ki, əvvəlki rekord 2023-cü ilin yayına aiddir. Həmin vaxt “RB Leypsiq” klubu transferlərə 187 milyon avro xərcləmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki