image-335718086_160392513159353_254776926008144173_nbackend

İran İsveç vətəndaşını edama məhkum edib

image-reklam_sirab_01
İran Ali Məhkəməsi “Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın keçmiş lideri Həbib Əsyudun (Fərəcullah Çəəb) edam hökmünü qüvvədə saxlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə martın 12-də İranın rəsmi dövlət mediası məlumat yayıb.
Məlumata görə, son proses təqsirləndirilən şəxslərin apelyasiya şikayəti əsasında başlanıb.
Məhkəmə keçmiş liderin işinə baxıb və proses nəticəsində Həbib Əsyudun edam hökmünün qüvvədə qalması və yekun elan edilməsi barədə qərar çıxarıb.
Məhkum “separatçı qruplaşmaya rəhbərlik etməkdə”, həmçinin Xuzistan əyalətində “çoxsaylı terror əməliyyatları” təşkil etməkdə ittiham olunur.
Qeyd edək ki, Həbib Əsyud 2020-ci ilin noyabr ayında Türkiyəyə səfəri zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq İrana aparılıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki