image-335704191_1860471464305755_6085462725121863357_nbackend

İran Qarabağa 4 min terrorçu yerləşdirir – TƏFƏRRÜAT

image-reklam_sirab_01
Türkiyənin nüfuzlu “Türkiye” qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasiyalı məqalə dərc edib.
Qəzet yazır ki, İrəvanı qardaş elan edən Tehran Qarabağı ikinci Suriyaya çevirmək planları qurur. Tehranın gündəliyinə SEPAH və şiə silahlılarından ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir. Bu məqsədlə SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmail Qaani fevralda İraq və Suriyaya səfər edib. İran generalı qaynar cəbhələrdə olan “Əsaeb Əhlil Həq”, “Hərəkat ən-Nücəba” və “Hizbullah” kimi şiə qruplaşma komandirlərinə 4000 nəfərlik xüsusi qüvvə yaratmaq tapşırığı verib.
Qarabağı suriyalaşdırmaq planına PKK-nı da daxil edən İran Qərbi Azərbaycanda yaşayan yezidi kürdlərlə birlikdə Suriya və İraqdan minlərlə PKK yaraqlısını Qarabağa gətirərək Azərbaycan ordusuna qarşı döyüşmək üçün hazırlayır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki