image-335831189_1242770592991728_4459470277879764403_nbackend

İran Suriyanı narkotik istehsalı mərkəzinə çevirib: Üç milyon “cihad həbi” saxlanıldı

image-reklam_sirab_01
İraq hakimiyyəti İraq-Suriya sərhədindəki əl-Qaim şəhərində üç milyon “Captagon” tableti daşıyan yük maşınını saxlayıb.
Vətəninfo.az xəbər verir ki, bu həb radikal islamçı yaraqlılar arasında populyarlığına görə “cihad həbi” kimi tanınan amfetamin tipli stimullaşdırıcıdır.
Qeyd olunur ki, həblər soyuducu yük maşını ilə daşınan alma qutularında gizlədilib.
Bildirilir ki, əl-Qaim “İran tərəfindən dəstəklənən İraq silahlılarının qalasıdır və bölgədəki yaraqlılar həm də sərhədin Suriya tərəfindəki Əlbu Kamal şəhərinə nəzarət edir, ərazidən silah saxlamaq və daşımaq üçün istifadə edirlər”.
“Son illərdə Suriya qeyri-qanuni sintetik narkotikin istehsalı üçün əsas mərkəzə çevrilib və “Captagon”dan sui-istifadə bütün regionda artan problemə çevrilib”, – məlumatda deyilir. (gazeta.ru)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki