image-330513044_1097383597869916_3616381694861126178_nbackend

İran və Taliban müharibəyə başladı

image-reklam_sirab_01
İran və Taliban qüvvələri arasında şiddətli toqquşma olub. Vətəninfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Yayılan xəbərə görə dünən Sistan və Bəluçestan əyalətinin şimalındakı Hirmənd şəhərinin Milk kəndi yaxınlığındakı sərhəddə Taliban qüvvələri ilə İran sərhədçiləri arasında toqquşma və silahlı insident olub.
“Tasnim” ajansı məlumatlı mənbəyə istinadən xəbər verir ki, İran və Taliban sərhədçiləri tərəfindən atışma heç bir itkiyə səbəb olmayıb.
İran rəsmiləri məsələni araşdırdıqlarını bildiriblər.
Qeyd edək ki, Milk sərhəd-keçid məntəqəsi Sistan və Bəluçestan əyalətinin Hirmənd sərhəd bölgəsində Zahidandan 260 km şimal-şərqdə yerləşən İran və Əfqanıstan arasında mühüm sərhəd keçid məntəqələrindən biridir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki