image-63fdaaa1c6c13backend

İranda naməlum şəxs 4 məscidi yandırıb

image-reklam_sirab_01

İranın Yəzd şəhərində 4 məscidin naməlum şəxs və ya şəxslər tərəfindən yandırıldığı açıqlanıb.

Bu barədə İranın ”Mehr” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə səhər saatlarında Yəzdin Azadşəhr bölgəsində baş verib.

Polisin ətrafdakı təhlükəsizlik kameraları və digər şəxsiyyəti müəyyənləşdirmə üsullarından istifadə edərək hadisəni törədənləri müəyyən etməyə çalışdığı bildirilib.

Səlahiyyətlilər hələlik məsələ ilə bağlı açıqlama verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki