image-1backend

İranda təbliğat-təşviqat kampaniyası başa çatıb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatıb.

İranda seçki qanununa əsasən, seçkilərə 24 saat qalmış sükut günü hesab olunur. Sabah İranda prezident seçkiləri yerli vaxtla 08:00-da başlanacaq.

Prezident seçkilərində altı namizəd rəqabət aparacaq. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası iyunun 9-dan başlanıb.

Xatırladaq ki, İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində onunla yanaşı, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki