image-9d1597ca-ca8d-3cad-86fe-acba7ab3b17e_850backend

İranda terror aktında ölənlərin sayı 20 nəfərə çatıb, onlarla insan yaralanıb

image-reklam_sirab_01

İranın Şiraz şəhərində yerləşən məqbərədə törədilən terror aktı zamanı ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə “Mehr” agentliyi ölkənin hakimiyyət nümayəndələrinə istinadən xəbər verib.

Qeyd edilir ki, hücum nəticəsində onlarla insan yaralanıb.

“İran hakimiyyətinin məlumatına görə, çərşənbə günü günortadan sonra üç silahlı naməlum şəxs Şahçerah məqbərəsinə soxularaq azı 20 nəfəri öldürüb, çoxlu sayda insan isə yaralanıb”, – agentlik yazıb.

Təhlükəsizlik qüvvələrinin hücumda əli olmaqda şübhəli bilinərək iki silahlını saxladığı, üçüncünün isə hələ də azadlıqda olduğu qeyd edilir.

Agentliyin məlumatına görə, hücumu ölkədəki son iğtişaşlardan istifadə edən terrorçular həyata keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki