İranda insanlar məscidlərdən üz dğndərib. Vətəninfo.az xəbər verir ki, bu fikirləri Birucerd şəhərinin cümə imamı Seyid Əli Hüseyni bildirib. İmam qeyd edib ki, şəhər parklarında camaat namazının qılınması təklif edib.
O, bəzi insanların məscidlərə getməyə həvəsinin az olmasına toxunaraq deyib:
“İnsanların bir qismi məscidlərə getmir və cümə namazında da iştirak etmir. İnsanlar dini nümayişlərə, hətta ölkədaxili xəbərlərə biganə qalıb. Buna görə də xalqın fəallığını artırmaq və təbliğ etmək üçün parklarda camaat namazlarının keçirilməsi planına üstünlük verilib”.