image-330552030_3515072075393464_3601686748554926405_nbackend

İranlı millət vəkili: “Şagirdlərin zəhərlənməsi bioloji terrordur”

image-reklam_sirab_01
İranda orta məktəb şagirdlərinin zəhərlənməsi hallarına müxtəlif şəhərlərdə daha çox məktəbdə rast gəlindiyi barədə məlumatlar hələ də olsa da, problemin həlli üçün rəsmilər arasında heç bir koordinasiyadan əsər-əlamət yoxdur.
Vətəninfo.az xəbər verir ki, bunu  İran parlamentinin üzvü Məhəmməd Həsən Asəfəri İLNA-ya müsahibəsində iddia edib: “Şagirdlərin zəhərlənməsi elə bir məsələ deyil ki, parlament, hökumət və məhkəmə sistemi bunu görməzdən gəlsin və ya ona əhəmiyyətsiz yanaşsın”.
“Bu məsələ ciddi araşdırılmalıdır, çünki məncə, bu, bioloji terrordur”,-deyə o əlavə edib.
Deputat vurğulayıb ki, bu zəhərlənmələr qəsdən və “müəyyən dairələr tərəfindən məqsədli şəkildə” törədilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki