image-5de7876b628efbackend

İraqda 22 terroçu  zərərsizləşdirilib

image-reklam_sirab_01

İraqda terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyatda 22 təşkilat üzvü zərərsizləşdirilib.

Vətəninfo.az xəbər verir ki, bunu  İraqın Terrorla Mübarizə Birliyinin rəhbəri general-leytenant Əbdülvehhab əs-Saidi Birgə Əməliyyatlar Komandanının müavini Kays əl-Məhəmmədavi ilə əməliyyatla bağlı mətbuat konfransında deyib.

Mətbuat konfransında açıqlama verən Səidi Ənbarda keçirdikləri əməliyyatda aralarında Fəllucədən məsul olduğu iddia edilən 22 DEAŞ üzvünün öldürüldüyünü bildirib.

Səidi əməliyyatın davam etdiyini də bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki