image-reklam-veteninfo
image-1backend

İrəvan sülh müqaviləsi ilə bağlı Bakıya əlavə təkliflər göndərib

image-reklam-veteninfo

Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı yeni təklifini göndərib

Vətəninfo.az xəbər verir ki, bunu Ermənistan  Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan dövlət televiziyasına müsahibəsində Ermənistan-Azərbaycan sülh sazişi prosesi ilə bağlı açıqlasında bildirib.

Armen Qriqoryan “Yanvarın 4-də Ermənistan tərəfi Azərbaycanın sülh sazişi ilə bağlı təklifinə cavab verdi. Biz onların təklifinə iki həftə ərzində cavab verdik. İndi Azərbaycanın cavabını gözləyirik” deyib.

Qriqoryan bəyan edib ki, Azərbaycanla sülh danışıqlarında irəliləyiş əldə olunmayan bəzi məsələlər var:

“Ümid edirik ki, qısa müddətdə bu məsələlərdə irəliləyiş əldə edə bilərik. Ümid edirik ki, həllini tapa bilmədiyimiz qalan problemlər də qarşılıqlı mübadilə və danışıqlar yolu ilə yekunlaşacaq və sülh sazişi yaxın zamanda zamanda imzalanacaq”.

Digər tərəfdən, Qriqoryan iki ölkə arasında sərhədi müəyyən etmək üçün çalışan komissiyaların yanvarın sonunda yenidən görüşməsi üçün razılıq əldə edildiyini bildirib.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də bəyan edib ki, 2023-cü ildə Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunub və “İrəvan administrasiyası ciddi siyasi iradə nümayiş etdirsə, qısa müddətdə sülh imzalana bilər” deyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki