İyunun 3-də Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyasında baş vermiş qarşıdurmaları 100-dən çox müstəntiq araşdıracaq.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. Bildirilir ki, bu məqsədlə 104 nəfər müstəntiqdən ibarət istintaq qrupu yaradılıb.
Qeyd edək ki, toqquşmalarda 39-u polis olmaqla, ümumilikdə 60 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara aparılıb.
Ümumilikdə iyunun 3 və 4-də polisin sərt müdaxilə etdiyi etirazlar zamanı 100-dən çox nümayişçi saxlanılıb.
Daxili İşlər Nazirliyi saxlanılanların sayını açıqlamır.


























