image-55dfcda6-4f24-3840-8586-03449ebf0806_850backend

İspaniya meymunçiçəyinə qarşı peyvəndləmə tətbiq edir

image-reklam_sirab_01

İspaniya hökuməti meymunçiçəyinə qarşı peyvənd strategiyasını təsdiqləyib.

“Veteninfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda dozaların məhdudluğunu nəzərə alaraq, xəstəlik şiddəti yüksək olanlar üçün peyvəndlərə üstünlük veriləcək.

İndiyədək İspaniyada meymunçiçəyinə 230-dan çox yoluxma aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edib ki, meymunçiçəyi əsasən, mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində, tropik meşələrinin yaxınlığında yayılan nadir xəstəlikdir.

Hazırda ÜST-də bu xəstəlik üçün 29 ölkədən endemik olmayan 1 000-dən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb. İndiyədək bu ölkələrdə bir dəfə də olsa, ölüm halı qeydə alınmayıb


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki