image-82ffd5e6-421a-3b08-95e6-8c1078f36c38_850backend

İspaniyada anomal istilər səbəbindən meşə yanğınlarının sayı artıb

image-reklam_sirab_01

Son bir neçə gündə İspaniyada güclü istilər fonunda meşə yanğınlarının sayı xeyli artıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə Kataloniyada yanğınlarla mübarizə davam edir.

Baldomar şəhəri yaxınlığında yanğınlar artıq min hektar meşə sahəsini məhv edib. Eyni zamanda yanğınsöndürənlər alovun 20 min hektara yayıla biləcəkləri barədə xəbərdarlıq edirlər.

Həftə sonundan etibarən İspaniyada ilin bu vaxtı üçün anomal yüksək temperatur müəyyən edilib. Bəzi ərazilərdə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb.

İstilər Fransa başda olmaqla digər Avropa ölkələrinə də təsir edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki