image-1backend

İsrail ordusu fələstinliləri Rəfah şəhərini tərk etməyə çağırır

image-reklam_sirab_01

İsrail ordusu planlaşdırılmış hücumdan əvvəl fələstinliləri Qəzza zolağının şərqindəki Rəfahı boşaltmağa çağırmağa başlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazır.

“İsrail ordusu Qəzza zolağının cənubunda planlaşdırılan hücumdan əvvəl fələstinliləri İsrail sərhədi yaxınlığında yerləşən Rəfahın şərq məhəllələrini boşaltmağa çağırmağa başlayıb”, – nəşr yazıb.

Qeyd edildiyi kimi, mülki şəxslər Əl-Mavasi və Xan Yunis bölgələrində genişləndirilmiş humanitar zonaya köçməyə çağırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki