image-1backend

İsrail Ramazan ayında atəşkəsə razılaşıb- Bayden

image-reklam_sirab_01

İsrail hökuməti Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən saxlanılan girovları azad etmək üçün müsəlmanların müqəddəs Ramazan ayı ərzində hərbi əməliyyatlara başlamamağa razılaşıb. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə ABŞ prezidenti Co Bayden NBC telekanalının efirində bildirib.

“İlk növbədə girovlar azad edilməlidir. “İsraillilər Ramazan ayında bütün girovları çıxarmaq üçün bizə vaxt vermək üçün heç bir fəaliyyətlə məşğul olmayacaqlar” deyə  Bayden bildirib.

Ramazan ayı martın 10-da başlayır.

Bundan əvvəl ABŞ prezidenti Qəzza zolağında atəşkəslə bağlı razılığın martın 4-dək əldə olunacağına ümid etdiyini bildirib.

Oktyabrın 7-də HƏMAS silahlılarının işğalından sonra İsraildə 1200 nəfər həlak olub, 253 nəfər əsir götürülüb. Bu işğaldan sonra İsrail Qəzza zolağında hərbi əməliyyatlara başlayıb. Noyabrda təsdiq edilmiş 7 günlük humanitar atəşkəs zamanı girovların bəziləri geri qaytarılıb. İsrailin məlumatına görə, hələ də HƏMAS-da 130-a yaxın girov qalır. Qəzzanın səhiyyə orqanlarının açıqladığı məlumatlara görə, İsrailin Qəzza zolağına endirdiyi zərbələrin qurbanlarının sayı 29 700 nəfəri keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki