İrana bağlı qruplara məxsus silah fabrikinin yaxınlığında silah daşıyan yük maşınına dron hücumu nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorunq Qrupu məlumat yayıb.
Bununla belə, Əsəd rejiminə bağlı SANA xəbər agentliyi piyadaya qarşı minanın partlaması nəticəsində çox sayda vətəndaşın öldüyünü və yaralandığını açıqlayıb.
Digər tərəfdən “Əl-Ərəbiyyə” xəbər verir ki, bu hücumda İran raketlərinin olduğu anbar və Tehrana bağlı silahlı qüvvələrə məxsus silah dolu yük maşını hədəf alınıb.
Suriya İnsan Haqları Monitorinq Qrupunun direktoru Rami Əbdürrəhman hədəf alınan anbarın yaşayış məntəqələri arasında yerləşdiyini deyib.
“Bu hadisə bir daha təsdiq edir ki, İraqdan Suriyaya ərzaq daşıyan yük maşınları əslində İrana bağlı silahlılar üçün qaçaqmalçılıq yolu ilə silah daşıyır”,- Əbdürrəhman bildirib.