Vətəninfo.az xəbər verir ki, Şimali Koreya bildirib ki, İsrail və Fələstin arasındakı faciəni tamamilə Amerika Birləşmiş Ştatları törədib.
KCNA – Şimali Koreya Mərkəzi Xəbər Agentliyi Yaxın Şərqdəki vəziyyətlə bağlı yazıb: “Münaqişə başlayandan sonra ABŞ dərhal İsrailə yardım və silahla dəstək verməyə başladı.
Bölgədəki faciə tamamilə ABŞ-dan qaynaqlanır.
ABŞ prezidenti Co Bayden müharibəyə dəstək vermək üçün İsrailə getdi.
Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında Qəzzaya humanitar yardım çatdırılması üçün münaqişəyə fasilə verilməsini tələb edən qətnamə layihəsinə veto qoydu.
ABŞ Yaxın Şərqdəki böhrana görə məsuliyyəti “təcavüzkar” adlandırdığı Fələstinin üzərinə atdı.
Beynəlxalq ictimaiyyət Birləşmiş Ştatları diqqətlə izləməli və təhlükəli hərəkətlərini qətiyyətlə pisləyib rədd etməlidir.
Yaxın Şərqdəki böhran ABŞ-ın “qəsdən təxribat”ları ucbatından daha da artıb”.


























