image-64059063a0ff7backend

İsraildə F-15 pilotları da hökumətin məhkəmə islahatına etiraz edirlər

image-reklam_sirab_01

İsrail Hərbi Hava Qüvvələrinin ehtiyatda olan 37 qırıcı pilotundan ibarət qrup hökumətin təklif etdiyi məhkəmə islahatına etiraz etmək üçün bir günlük döyüş təlimini buraxacaqlarını açıqlayıb.

Pilotların birgə bəyanatında: “Martın 8-də demokratiya və xalqın birliyi naminə vaxtımızı düşünməyə həsr edəcəyik və buna görə də həmin gün əməliyyat tədbirləri istisna olmaqla, təlimlərə qatılmayacağıq. Həftənin qalan hissəsində planlaşdırılmış şəkildə növbətçiliyə riayət edəcəyik”.

Məlumata görə etirazçı pilotlar ABŞ Hərbi Hava Qüvvələrinin F-15 qırıcılarını idarə edən 69-cu eskadronu təmsil edirlər.

Xatırladaq ki, baş nazir Benyamin Netanyahu və onun sağ koalisiyasının noyabrın 1-də keçirilən milli seçkilərdə qalib gəlməsindən sonra məhkəmə islahatları İsraildə qızğın müzakirələrə səbəb olub. Kütləvi etirazlar az qala hər axşam Təl-Əvivdə, eləcə də Qüdsün Knesset və Ali Məhkəmə olan rayonlarında keçirilir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki