image-44backend

İsrailin hücumu səbəbindən Hələb hava limanı fəaliyyətini dayandırıb

image-reklam_sirab_01

Suriya Müdafiə Nazirliyindən verilən məlumata görə, Hələb Beynəlxalq Hava Limanı İsrailin hava hücumu səbəbindən fəaliyyətini dayandırıb.

“Bu gün saat 02:07-də ​​İsrail düşməni Aralıq dənizi tərəfdən Latakiyadan qərbə hava hücumu həyata keçirərək, Hələb beynəlxalq hava limanını vurub. Hücum nəticəsində sıradan çıxıb”, – Suriya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bundan əvvəl Suriya dövlət televiziyası Hələb beynəlxalq hava limanı yaxınlığında baş verən hücumla bağlı məlumat yayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki