“İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir.”
Vətəninfo.az xəbər verir ki, bu barədə İsrailin kəşfiyyat naziri Gila Qamliel məlumat verib.
“Bütün region ölkələri İranın təhlükəsi altındadır. İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir. Dünya ictimaiyyəti gözlərini açıb İranda baş verənləri görməlidir, etiraz edən qadınlar öz hüquqları uğrunda mübarizə aparırlar”, – Qamliel bildirib.