image-9bc45bf1-9bd3-3257-8fd0-4023bdddf147_850backend

İtaliya parlamentinin hər iki palatası Meloninin yeni hökumətini təsdiqləyib

image-reklam_sirab_01

İtaliya parlamentinin yuxarı palatası (Senat) Ciorcia Meloninin başçılıq etdiyi yeni hökuməti təsdiqləyib. 115 senator qərarın lehinə, 79 senator əleyhinə səs verib, 5 senator bitərəf qalıb.

Bu barədə ANSA məlumat yayıb.

Analoji prosedur bir gün əvvəl aşağı palatada keçirilib və burada da hökumətə etimad ifadə olunub. Nəticədə Meloninin “İtaliya Qardaşları” partiyasının hakim sağ mərkəzçi koalisiyasından və “Liqa”, “İrəli, İtaliya” partiyalarından gözlənilən sayda parlamentarilər onu dəstəkləyiblər. Parlamentin hazırkı çağırışında əvvəlkindən (400 deputat, 200 senator) üçdə bir az nümayəndə var.

Səsvermədən əvvəl İtaliya hökumətinə başçılıq edən ilk qadın Meloni çıxış edib. O, hökumətinin iqtisadiyyat və xarici siyasətdəki əsas prioritetlərini göstərərək, Şimali Atlantika xəttinə sadiqliyini və Ukraynaya davamlı yardımı qeyd edib. Ciorcia Meloni Senatda çıxışı zamanı həmçinin qeyd edib ki, Ukraynada sülhə nə təslim olmaq, nə də meydanlarda dinc nümayişlər keçirməklə nail olmaq olar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki